"İSLAHATLAR SÜRƏTLƏNDİRİLSƏ, QƏRB İNQİLABA CƏHD EDƏCƏK..." -  "ABŞ səfiri Ramiz Mehdiyevə deyirdi ki..."

Qüdrət Həsənquliyev: “Xristian dünyası bilir ki, güclü, demokratik, inkişaf etmiş Azərbaycan, hansı ki, bu yalnız islahatlar yolu ilə mümkündür, təkcə sözdə yox, əməldə də işğalla barışmayacaq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənqiliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, xarici işlər nazirlərinin Moskva görüşündən sonra Qarabağ probleminin həlli istiqamətində hansısa irəliləyişlər ola bilərmi?

- Əgər Rusiya ilə bağlı qapılar arxasında hansısa razılığa gəlmişiksə, ola bilər. Əks halda biz əldə olunmuş razılaşmalarla Ermənistan üçün daha təhlükəsiz şərait yaradırıq ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətini daha uğurla və sürətlə həyata keçirsin.

Elmar Məmmədyarovun 25 illik danışıqlardan sonra verdiyi bəyanata görə, o, nəhayət, "dərindən başa düşüb ki, hansı problemlər var və hansı problemlər aradan qaldırılmalıdır". Onun nəyi başa düşdüyünü bilmirəm, sözün doğrusu mən onun dediklərindən heç nə başa düşə bilmədim...

- İslahatların gedişi barədə nə düşünürsünüz?

- İnkişaf etmiş qərb-xristian dünyasının yaradacağı təhlükələrə əhəmiyyət vermədən, Prezident islahatları dərinləşdirir. İri istehsal müəssisələri investisiya müsabiqəsinə çıxarılır, qanunun aliliyinin təmin olunması üçün məhkəmə-hüquq islahatlarına başlanılıb. Aqrar sektorun inkişafı üçün ciddi işlər görülür, ordunun döyüş qabiliyyəti artırılır.

- Sizcə, Qərbin Azərbaycandan istəyi nədir?

- Türkmənistan kimi bir dövlət qurmaq, torpaqlarımızı işğaldan azad etmək üçün müharibə etmək barədə düşünməmək.

- Nəyin əsasında belə düşünürsünüz?

- Vaxtilə ABŞ səfiri Ramiz Mehdiyevə deyirdi ki, “insanları küçələrdən yığışdırın”. Müxalifətə isə həmin vaxt başqa sözlər deyirdi, başqa bəyanatlar verirdi. Bu yetərli deyilmi?! Qərbin ölkəmizdə demokratik dövlət quruculuğu prosesinə kömək etmək üçün çox böyük imkanları olduğu halda heç vaxt bunu etməyib. Etdikləri isə qarşılığında nələrisə öyrənmək və bu yolla proseslərə mane olmaq məqsədi daşıyıb.

İlham Əliyev fərqindədir ki, islahatlar sürətləndirilsə, Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək. Onlar bacardıqları qədər xristian ölkəsi ilə müharibə vəziyyətində olan müsəlman Azərbaycanın siyasi və iqtisadi baxımdan inkişaf etmiş, müasir, böyük beynəlxalq nüfuza malik güclü bir dövlətə çevrilməsinə imkan verməməyə çalışacaqlar. Bu məqsədlərinə çatmaq üçün çalışacaqlar ki, daxildə hakimiyyət uğrunda 1993-cü ildəkindən də qanlı savaşlar törətsinlər. Radikal müxalifət düşərgəsində, ortada heç nə olmaya-olmaya öncüllük üçün bir-birinə “qardaş” deyib, amma bir-birinə qarşı hər cür mənəviyyatsızlığa əl atanlar, görün xaricdən real hakimiyyət vədi alarlarsa nələr edərlər... Qardaş qırğınına belə gedərlər.

Xristian dünyası bilir ki, güclü, demokratik, inkişaf etmiş Azərbaycan, hansı ki, bu yalnız islahatlar yolu ilə mümkündür, təkcə sözdə yox, əməldə də işğalla barışmayacaq. Onlara isə müharibə lazım deyil. Torpaqlarımızın xristian ermənilər tərəfindən məskunlaşdırılması, təbii sərvətlərimizdən və nəqliyyat infrastrukturumuzdan istifadə lazımdır. Amma zamanında bu siyasətlərinin nə dərəcədə yanlış olduğunu anlayacaqlar.

Qərbin istəklərinin nəzərə alınması və islahatların gecikdirilməsi isə sosial partlayışların baş verməsi ehtimalına görə daha təhlükəlidir.

Əgər İlham Əliyev və Mehriban Əliyeva, onların övladları müasir, modern dünyagörüşlü insanlar olmasaydı Azərbaycan çoxdan Türkmənistana çevrilmişdi. Baxmayaraq ki, reallıq hissini itirmiş bəzi siyasətbazlar iddia edirlər ki, guya onların mübarizəsi Azərbaycanın Türkmənistan olmasına imkan verməyib. Amma “Türkmənistanlaşma” siyasəti aparılsaydı, Qərb də, totalitar cəmiyyətdə formalaşıb demokratik vərdişləri mənimsəməmiş xalqımız da, həmin siyasəti alqışlayacaqdı. Ona görə də, Prezident mövcud durumu nəzərə alıb, tədrici və ardıcıl addımlarla cəmiyyəti inkişaf etdirmək, müasir təfəkkürlü Azərbaycan insanı formalaşdırıb bu reallığı xarici dairələrə qəbul elətdirmək istəyir. Vaxtilə söyləmişdim ki, islahatlar dərinləşdikcə təxribatların miqyası genişlənəcək. Amma biz xalqımızla bizi gözləyən təhlükələr barədə açıq danışmalı, təxribatlardan qorxmamalıyıq.

- Xalqımız həmin təxribatlara uyarmı?

- Əvvəllər də demişəm ki, bütün xalqlar azadlığa və rifaha layiqdir. Amma hər xalq buna təminat verəcək dövlət qurmaq gücündə deyil. Hazırda xalqımızın sosial inkişaf səviyyəsi elədir ki, aparılan siyasətlə onu qürurlu və torpaqlarını işğaldan azad etmək üçün qəhrəmanlıq göstərməyə hazır olan millətə də çevirmək olar, yaxud hər şeylə barışan müti kütləyə də. İlham Əliyev müasir düşüncəli bir dövlət adamı kimi bunu görür və Qarabağın işğalı ilə çıxılması çox çətin olan ,"bataqlığa” düşmüş ölkəmizi təhlükəsiz yolla irəli aparmağa çalışır.

Xarici güclər Qarabağın işğalına və işğal altında saxlanılmasına kömək etməklə, Azərbaycanda demokratik dövlət quruculuğu prosesinə böyük zərbə vurmaqdadırlar.

- Axı zaman bizi Qarabağdan uzaqlaşdırır. Sonra onu geri qaytarmaq mümkünsüz olmayacaq ki?!

- Ona görə də mən bəzi riskləri göz önünə alıb daha cəsarətli və daha çevik siyasət yürüdülməsinə çağırıram. Qarabağın azadlığı üçün danışıqları hamımızın forpost adlandırdığı Ermənistanla deyil, bağlı qapılar arxasında Rusiya ilə aparmalıyıq. Müstəqil qərar qəbul etmək gücündə olmayan ölkə ilə danışıqlar aparılmasının nə mənası var? Rusiya ilə yaxınlaşmamızın dövlət suverenliyimizi təhdid edəcəyindən, yaxud buna görə Qərbin artacaq təzyiqlərindən qorxmaq lazım deyil. Bəziləri deyir ki, bir az da gözləyək, Rusiya dağılacaq. Bu illüziyadır. Bütün dövlətlər kimi Rusiyanın da öz problemləri var. Amma Putin daxili siyasəti ilə imkan yaradıb ki, ölkəni narahat edən problemlər çoxfraksiyalı Dövlət Dumasında qızğın müzakirə olunsun. Problemlər barədə sadəcə inqilab etmək istəyənlər danışıb xalqda belə təsəvvür yarada bilməsinlər ki, yalnız onlar düz söz danışır və xalqın problemləri yalnız onları narahat edir. Televiziyalarda siyasi hakimiyyət üçün ən ağrılı problemlərin belə müzakirəsini təmin etməklə xalqı hər cür təxribat xarakterli məlumatların yayıldığı sosial şəbəkələrdən ayırıb canlı efirə baxmağa qaytarıblar. Məhz bu səbəbdən inqilabçılar milyonlarla insanı küçəyə çıxara bilmir. Narazı elektoratın 85%-i parlamentdə təmsil olunan müxalifət partiyalarının ətrafında cəmləşib. O partiyalar xarici gücələrə bağlı deyil və hər hansı böhran anında dövlətçiliyə xəyanət etməyəcəklər. Bu mənada bizim böyük dövlətçilik təcrübəsi olan Rusiyadan öyrənəcəyimiz çox şey var. Ona görə də Rusiyanın dağılmasını və hansısa möcüzə nəticəsində Qərbin mövqeyinin dəyişəcəyini gözləmədən çalışıb münaqişədə əsas söz sahibi olan Rusiya ilə anlaşmaqla, bu alınmasa belə hər bir halda müharibə edib işğala son qoymalıyıq. İşğalın davam etməsi gələcəkdə vətəndaş qarşıdurmasına yol açmaqla hər birimizə və xalqımıza böyük faciələr yaşadacaq, dövlətçiliyimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoyacaq.

635x100

Şərhlər

Iva ya 2019-04-20 13:17:29

Ashiqlar eski-dogma "ashk"(mehebbet vurgunu) kelamina fikir vermeden her an sevgiden oxuyurlar. Z.Oruc kimi feal bu muallif bir cute depson desteyini catdira bilmirse, biz ne anlayaq?

turan 2019-04-20 13:17:29

Bu adam özü öz danışdığına inanır görəsən. Düşüncəyə bax..Azərbaycanda demokratiya yaransa ölkə dağılar..Onda sizlər hələ bir 30 ildə oturun,yeyin dağıdın..

iva 2019-04-20 13:17:29

bu məqaləni oxuyub onun nə demək istədiyini kimsə başa düşdü ?

Həsənquliyevə 2019-04-20 13:17:29

Məmmədyarov danışıqlarda imitasiya yanaşmasından uzağa gedə bilmir və ya ona icazə verilmir.25 il danışıq nə olduğunu anlamaq o qədər çətindirmi?Deməli tərəflər məsələni uzatmaqla onu dondurmağa nail olublar və bu gediş davam edir.Ancaq anlamaq lazımdır ki, bu illər ərzində Qarabağ daxilində olan qüvvələ və ya Sizin dediyiniz kimi işğalçılar sakit dayanmayıb,hətta ətraf rayonlarda belə təmir-tikinti və məskunlaşma aparıblar. Bəs biz bu illərdə Qarabağ məsələsində nə etmişik?

Analitik 2019-04-20 13:17:29

Derinden oxuyanda Qudret beyin sozlerinde de heqiqetLer var. Uzunu tutdugu semti (dolayi ya birbasha) berbad eden qerb bize ne yaxshi bir shey ved ede biLer ki?! Buna son iLLerin bir chox (Iraq, Liviya ve s..) beynelxaLq hadiseLer de canLi subutdur.. Rusiya ise ozununkune deymir ve bashqasina da buna imkan vermir, ancaq o birisini (uzu donukLukLe) istismar edir! QaLdi ki isLahatLara, eLbette illerle uzadilib geciken muhum problemler uchun bu chox azdir.. Banklar ve s.. hele de "agaliq" elemekdedirler!

Abdulqadir 2019-04-20 13:17:29

Vay .... xalqin halina.

ƏSGƏR 2019-04-20 13:17:29

Absurd bir məntiq, absurd bir düşüncə.

Abid 2019-04-20 13:17:29

A R D I : Bunlar hakimiyyətdə tam oturuşaraq hiss etdirmədən onun nüfuzdan düşməsi üçün mükün olan nə varsa edir, hakimiyyətə səhv yollar göstərir, onun səhvlərini ugur kimi təqdim edir, inqilabla qorxudur, maddi və siyasi quvvələrini gücləndirirlər......Bunlarla məşgul olmalı olanların isə başı qarışdıgından mübarizə fürsətini qaçırdıgını bilir, vəziyyətlə razılaşır, sadəcə imitasiya edir.

Abid 2019-04-20 13:17:29

YAP müxalıfətin üzvülərindən guya "dönüklərı" öz sıralarına qatmaq kimi sərsəm bir siyasət apardı.Hakimiyyətə qalib gələcəyini anlayan müxalıfət bu SANSDAN məharətlə istifadə edərək bu hakimiyyətə ən cox nifrət edənləri "dönük" obrazında hakimiyyətin içinə soxdu."dönüklər" də öz adamlarını tədricən yanlarına çəkdi.İndi hakimiyyətin əsas sözçüləri, təbligatı antitəbligat effekti verən "dönüklərdən" ibarətdir.Bunlar YAP-ın əsas və mübariz qüvvələrini sıradan çıxararaq,onları YAP-dan narazı saldılar.

TARIX 2019-04-20 13:17:29

AY XALQ AYIQ OLUN 5-CI KOLON AKTIVLƏŞİR.İKİ ƏSRDƏN COXDUR AZƏRBAYCANIN BAŞIMA BƏLALAR ACMIŞ RUSİYADAN İMDAD GÖZLƏMƏYİ XALQA TƏLQİN EDİRLƏR.XALQ NƏYİN DÜZ NƏYİN ƏYRİ OLDUĞUNU GÖZƏL BİLİR,ÖZÜNÜ YORMA.RUSİYA HEC VAXT AZƏRBAYDANIN TƏRƏFİNDƏ OLMAYACAQ.BİZ BİRİNCİ NÖVBƏDƏ DÖVLƏTİMİZƏ QARŞI İŞLƏYƏN DAXİLİMİZDƏ OLAN DÜŞMƏNLƏRDƏN ÖZÜMÜZÜ TƏMİZLƏMƏLİYİK.

Mühəndis B. 2019-04-20 13:17:29

Əsassız islahat dağıntıdır! Müstəqi Hüquqa Zidd iddialar: 1.Qərb, taxıl əvəzinə pambıq əkməyi məcbur edib, maldarlığı ət idxalı ilə əvəz edib? 2.RF, ixtisasca Səhiyyə nazirliyinə aid müəssisələri SƏRbəst(Sənaye korpar, ya Sıgorta kimi) filiallara dağıdır? 3.Kreml, Qüdrətli Parta sədrlərinə DQMV getməyi yasaq edib? 4.Avropa Demokratları, yenilənmə amili olan 1-5 il vəzifə müddətini(Qarabağın işğalı kimi) Azərbaycan üçün ömürlük(nəsillikcə) edib! Nədən, Özünü dünyəvi cazibəyə xərcləyən Bakı hədəf olub???

Elmar 2019-04-20 13:17:29

Qüdrət bilir ki islahat boşa çıxacaq ona görə bəhanələr gətirir. Rüşvət,talan,yerlibazlıq inhisarçılıq və başqa mənfi proseslərin uzun illər hökm sürdüyü bir ölkədə islahat aparmaq mümkün deyil. Ölkədə ağıllı qabilyətli insanlar iqtisadçılar işə götürülmür. Əsasən mənfi kriteriyalı yaltaq,savadsız adamlar işə götürülür. Elə vəzifəli adam var ki bir az geniş cümlə desən yazsa bir neçə səhv buraxacaq. Karkulyatoru qabağından götürsən kiçik rəqəmləri rüşvəti toplaya bilməyəcək. Bu edilənləri də istənilən hər adam edə bilər əgər yüzlərlə milyarlar əlində olsa və bir neçə dəfə az summa ilə və daha keyfiyyətli. Bir sözlə rüşvət talan israfçılıq oğurluqla nəfəs alan insanlardan təşkil olunmuş bir kollektivin məmur toplusunun islahat aparması yaxşı nəticə verməyəcək.

Həsənquliyevə 2019-04-20 13:17:29

İslahat var ki,hələ inqilab olsun? İslahat yalnız talançılıqda, yalanda, mənimsəmədə, oğurluqdadır...Adi bir mayka,köynək xaricdən gətirilir.Hansı sahən islahat görüb? Elə boş-boş islahat deməklə nəticə olmur!

XX-1dən Yengibara 2019-04-20 13:17:29

Atam-gərdəşüm, o kadrlar bəyəm rüşvəti tək özləri üçün yığırlar??? Guya gələn cavanlar nə ilə məşğuldurlar ki?? Hamısı imitasiya ilə məşğuldurlar!!!! Bir də ki işləmək deyəndə o məhfum tək qırmızı lent kəsmək anlamı deyil.

Əli 2019-04-20 13:17:29

Məqalənin birinci yarısı deputat olmaq öçündür ikinci hissədə özünü vətənpərvər göstərir. Biz Rusiyanın qorxusundan heç qərb tərəfə baxmağa qorxuruq daha nə qədər Rusiyaya yaxın olaq.Bundan da yaxın?Belə başa düşdüm ki rüşvətxorluq ona görədir ki qərb burada qərb inqilab edər ya da islahatlar olsa Gülməlidir Rusiya bəyəm xristiyan dünyası deyil? Qərb pisdir Rusiya yaxşı.Bəziləri də yazır ki tanrı bunlara bəla göndərəcək torpağı qaytararıq. Tanrının olmağı hələ böyük şübhə altındadır Özümüz vuruşmalıyıq

Yengibar 2019-04-20 13:17:29

Düzdür, islahatlar aparılır, amma, tərsinə!Vergilər Nazirliyi nə ilə məşğul olduğunu heç özü də bilmir.İslahatlar üçün kadrlar lazımdır, buna görə də ilk növbədə 80 yaşlılar istefa verməlidir.Köhnə komanda ölkə başçısına işləməyə imkan vermir.Rüşvət, korrupsiya qanlarına elə hopub ki, hər cür sobataja gedirlər.

buzlaq 2019-04-20 13:17:29

Yaxşı ki, səfir cənab Ramiz Mehdiyevə deyib. Bu boyda tap-turupa yalnız o dözür!! Başqası çoxdan 98 yerdən çat vermişdi!!!!

hop-hopnamə 2019-04-20 13:17:29

Qüdrət bəy!! Çox güclü demokratik yapmayın ya!!! Sonra bu demokrası Cocuq Mərcanlı tərəfdə çat verər və o da böyüyüb, Böyüx Marcanlı olar!!!!!!!!!!!!

Azerbaycan qadini 2019-04-20 13:17:29

Sen deme rushvtxorluq,korrupciya,insanlarin zillet icinde yashamagi amerika tovsiyye edib.Yoxsa ki,Ramiz Mehdiyev xalqin firavan yashamagi ucun deriden qabigdan cixir,geceler yatmir.Bele melum oldu ki bir cixish yolumuz var ,o da Rusiya qarshisinda lebbeyk demek qalir.Milleti axmaq yerine qoymayin.Vallah ayibdi.Bu olkede sizin de balalariniz yashayacaq.Hemishe bu deputatxanada oturmayacaqsiniz.

Sara 2019-04-20 13:17:29

.........Gerbin neyine lazimdir bele naftalin iyi veren gece gunduz islahat deyerek az qala giriga olacaq. Besdir Zahidin yolunu secmek. Deyesen o daha danishmir, gorunur ne edeceyini bilmir ve bilmeyecekdir.

Arif 2019-04-20 13:17:29

Davamı-Artıq risk etməyin mənası yoxdur gözləmək lazımır ingilislərlə rusların dünyanın zəbt etmək iddiasına şübhəsiz dünyanın sahibi onlardan heç kim ola bilməz bu mümkünsüzdür amma bu dünyanı yaradan Tanrı bunların birinə və yaxudda hər ikisinə bir bəla qismət edər buda mütləqdir bax onda biz torpaqlarımızı qaytara bilərik yaddan çıxartmayaq Şah İsmayılın vaxtında gedən torpağları nəvəsi Abbas qeri aldı yəni torpağın alınması hər zaman mümkündür təki istəyin olsun.

Bashirov Qarib 2019-04-20 13:17:29

Bu yazını oxuyanda adamı dəhşət buruyur.Vaxtilə,yuksək təhsilli və intelektli vətənpərvər bir şəxsə qibtə edərdik.İndi isə,bu duşuncələrə sahib şəxsə adamın urəyi agrıyır.İlahi, özun bizi hifs elə.

Arif 2019-04-20 13:17:29

Tam məntiqlidir amma rusiyanı inandırmaq gec deyil?və yaxud qərbi(burda əsasən ingilis dilli dövlətlər və onların manapoliyasında olan dövlətlər)aldatmağ yaxudda qarşısında manever etmək tez deyil?mən hələ qərbin basdırdığı minalardan demirəm söhbət saxta millətçilik regionçulğ tayfabazlığ nəhəyat qara yara kimi bizi bürüyən rüşvəxorluq minalarından gedir.Çıxıç yolumuz yalnız daxildə rüşvətxorları təmizləmək xalqın xeyrinə islahatları davam etmək siyasi partiyalarla olkə xarici vəziyəti bölüşmək.

Arif 2019-04-20 13:17:29

Əli-yə xahiş edirəm yazdığlarımı diqqətlə oxu söhbət qərblə rusyanın arasında mübarizələrin pik həddindən gedir lori dildə desək biri deyir bayrağı tax digəri isə deyir endir bax bu dəqiqə bizim torpağlarımızın alınması buna bənzərdir biz bu axında tək deyilik bizimlə bərabər Gürcüstan Moldaviya Ukraina var bir sözlə rusya bunlara güzəştə getsə qorxurki NATO onu tam mühasirəyə ala bilər buna görədə güzəştə getmək istəmir qərb isə bu qorxuya zəmanət vermir daha doğrusu rusya etibar etmir şərqi Avropaya görə

Çina 2019-04-20 13:17:29

Sizin başınıza dəysin "islahatlarınız"! Nəyi soxursuz hamınız xalqın gözünə?nə etmisiniz??

Son yazılar