XİN-dən Yezidi açıqlaması

xin-bina-tezeElman Abdullayev: "ATƏT-in Minsk Qrupu sərt reaksiya verməlidir"

"İraqda yaşayan yezidilərin Dağlıq Qarabağa yerləşdirilməsi qununsuzdur".

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

E.Abdullayev bildirib ki, Ermənistan tərəfindən yezidi kürdlərinin Qarabağa yerləşdirilməsi 4-cü Cenevrə konvensiyasına ziddir olan addımdır.

"Ermənistan tərəfi istənilən vəziyyətdə Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesini pozmağa, Qarabağda demaqrafik vəziyyəti dəyişməyə cəhd edir. Yezidi kürdlərin Azərbaycanın işğal olunmuş torpaqlarına yerləşdirilməsi beynəlxalq humanitar hüquqa, xüsəsn də 4-cü Cenevrə konvensiyasının 49-cu bəndinə ziddir", deyə mətbuat katibi bildirib.

Elman Abdullayev onu da qeyd edib ki, ATƏT-in Minsk Qrupu Ermənistan tərəfinin Dağlıq Qarabağa yezidilərin yerləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə də sərt reaksiya verməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan tərəfi yezidi kürdlərin Azərbaycanın işğal olunmu torpaqlarına İraqda yaşayan yezidi kürdlərin yerləşdirilməsi ilə bağlı fikirlər səsləndirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar