Qəbələdə yol qəzası olub, 1 nəfər ölüb, 3-ü yaralanıb

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun 55 km-də rayonun Bunut kənd ərazisində qeydə alınıb.

Qəbələ istiqamətində hərəkətdə olan BMW markalı minik maşını qarşı tərəfdən gələn "VAZ-2106" ilə toqquşub. Qəza nəticəsində BMW-nin sürücüsü dünyasını dəyişib. Maşında Bakı şəhərindən olan sərnişinlər – 1995-ci il təvəllüdlü Osmanlı İlkin Heydər oğlu, 1995-ci il təvəllüdlü Nəcəfzadə Ruslan Aydın oğlu və 1996-cı il təvəllüdlü Nəbiyev Elçin Yaşar oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Qəbələ Müalicə Diaqnostika Mərkəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar