“Bilmirəm deputat hansı mənbəyə istinad edir” - İcra başçısı

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayondan olan millət vəkili Fərhad Qəribovun Kürdəmirdə gənclər arasında narkomaniyanın geniş yayılması və polisin bununla mübarizə aparmaması fikrinə münasibət bildirib.

Lent.az-a açıqlama verən icra başçısı deyib ki, bu fikrə münasibəti mənfidir və Fərhad Qəribovun hansı mənbəyə istinadən belə bir rəyə gəlməsi məlum deyil:

“Düzü bilmirəm deputat hansı mənbəyə istinadən belə bir fikir səsləndirib. Deyə bilərəm ki, rayon polis şöbəsi qeyd olunan problemlə bağlı fəaliyyətini həmişəki kimi davam etdirir və lazımi profilaktik tədbirlər görülür. Ümumiyyətlə millət vəkilinin bu fikrinə münasibətim mənfidir”.

Qeyd edək ki, Fərhad Qəribov teleqraf.com-a açıqlamasında rayon əhalisinin Kürdəmir rayon Polis Şöbəsinin rəisindən narazı olduğunu deyib və gənclər arasında narkomaniyanın vüsət aldığını iddia edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar