“MƏKTƏBLƏRDƏ, XƏSTƏXANALARDA ANARXİYADIR…” – İş adamı təhsil və səhiyyə nazirlərini sərt tənqid etdi

Dərc olunub: 20/04/2019 - 15:49

maqsud(R) İş adamı Maqsud Mahmudov yerli internet televiziyalarından birinə müsahibə verib. Müsahibəsində mühacirlər Vidadi İsgəndərlini, Orduxan Teymurxanı və digərlərini ağır ifadələrlə tənqid edən iş adamı, onlara qarşı mübarizəsini davam etdirəcəyini bildirib.

Prezident İlham Əliyevin məhkəmə sistemində islahatları nəzərdə tutan fərmanının bütün xalq tərəfindən alqışlandığını deyən M. Mahmudov bəzi hakimlərin verdiyi ədalətsiz qərarların ölkədə süni narazılıq yaratdığını ifadə edib. Bununla bağlı konkret adlar çəkib.

Müsahibəsində həmçinin 8-ci sinif şagirdi Elinanın intiharı faktına da toxunan iş adamı mühacirlərin buna görə ölkə rəhbərliyini ittiham etməsinin qərəzli olduğunu vurğulayıb. Bu cür halların yaşanmasına görə Təhsil Nazirliyinin, məktəb direktorlarının, eləcə də həkimlərin məsuliyyət daşıdığını bildirib. O, həm məktəblərdə, həm də xəstəxanalarda anarxiyanın baş alıb getdiyini bildirərək, buna görə təhsil və səhiyyə nazirlərini sərt şəkildə tənqid edib.

Maqsud Mahmudov həmin müsahibəsini təqdim edirik:








loading...


Fikrinizi bildirin