İsrail yeni silah hazırlayıb - Rusiyanın S-300 sistemləri ilə mübarizə üçün

«Telepolis» nəşrinin junalisti xəbər verib ki, İsraildə səsdən sürətli yeni «hava-yer» tipli «Rampage» raketləri işlənib hazırlanıb. Bildirilir ki, bu raketlər Rusiyanın S-300 sistemləri üçün əlçatmazdır.

Jurnalist qeyd edib ki, raketlər artıq döyüş şəraitində tətbiq olunur və ilk dəfə Suriyanın Hama əyalətində ötən həftə hərəkətə gətirilib.

İsrail aviasiyası aprelin 13-də Livanın hava məkanından Suriyanın Masaif şəhəri rayonundakı obyektlərə zərbələr endirib.

İsrailin İMS (Israel Military Industries) və İAİ (Israel Aerospace Industries) şirkətləri tərəfindən hazırlanmış raketlər Suriyadakı S-300 kompleksini «aldatmağı» bacarır. Onların maksimal uçuş məsafəsi 150 kilometr təşkil edir.

İndi İsrail gözləyir ki, Rusiyanın ən yeni S-400 kompeksi işdə özünü necə aparacaq. Guya bu sistemlər də artıq Suriyada yerləşdirilib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar