“Notr Dam de Pari üçün milyonlar, bəs kasıblar?” - Parisdə aksiya keçirilir

Fransanın paytaxtı Parisdə İqtisadiyyat Nazirliyinin binası yaxınlığında “sarı jiletlilər”in etiraz aksiyası başlayıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, aksiya iştirakçılarından biri “Notr Dam de Pari üçün milyonlar, bəs kasıblar?” şüarı tutub.

Hakimiyyət Yelisey çölü prospektində, Parisin Müqəddəs Ana kilsəsinin yerləşdiyi rayonda etiraz aksiyasının keçirilməsinə növbəti dəfə icazə verməyib.

Qeyd edək ki, “sarı jiletlilər” 23-cü həftədir küçələrdə aksiya keçirirlər.

“Milyarderlər kilsəsinin bərpasına milyard avro tapır, ancaq 140 min evsiz-eşiksiz barədə heç kim düşünmür”, - deyə yürüş iştirakçılarından biri “Facebook” səhifəsində yazıb.

Fransanın Daxili İşlər naziri Kristofer Kastaner aksiya ərəfəsində bildirmişdi ki, yürüşün təhlükəsizliyini 60 min polis əməkdaşı təmin edəcək.

Qeyd edək ki, “sarı jiletlilər” 2018-ci il noyabrın 17-dən Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı etiraz aksiyası keçirir.

Etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə ediblər.

"Report"un Fransa bürosu xəbər verir ki, Respublika meydanına tərəf yürüş edən aksiya iştirakçıları yürüş üçün icazə verilən marşrutdan kənara çıxması səbəbindən asayiş təminatçıları gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, "Sarı jiletlilər"in in tələblərinə cavab tədbirləri hazırlamaq məqsədilə keçirilən "böyük debatlar"ın nəticələri 15 aprel tarixində saat 20.00-də Fransa Prezidenti Emmanuel Makron tərəfindən televiziya vasitəsilə xalqa açıqlanmalı idi. Parisin Notr-Dam kilsəsində həmin tarixdə saat 18.15-də baş verən yanğın səbəbindən ölkə prezidenti çıxışını təxirə salmaq məcburiyyətində olub. Beləliklə, "Sarı jiletlilər" 23 həftə bundan qabaq 17 noyabrda başladıqları nümayişləri davam etdirirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar