Dilçilik İnstitutunun direktoru abituriyentlərə müraciət edib

Dərc olunub: 20/04/2019 - 18:09

7b0f0e5d-6269-498f-acdd-706498356430“Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən builki imtahanlara aid olmayacaq”

“Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən bu ilki imtahanlara aid olmayacaq”.

Bunu “Report”a AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, yeni normalarda öz əksini tapan sözlər Azərbaycan dilinə aid builki imtahanlarda istifadə olunmayacaq. Akademik abituriyentləri buna görə narahat olmamağa çağırıb: “Çünki Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra yeni qaydalarla verilmiş sözlər yeni nəşr olunacaq “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə də salınmalıdır. Lüğət nəşr olunandan sonra isə Azərbaycan dilinin Orfoqrafiya Normalarında əks olunan sözlərin yazılış qaydasına həmçinin test imtahanlarında da riayət olunmalıdır”.










loading...


Fikrinizi bildirin