Nalbandyan Ərdoğana dəvətnamə aparıb

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçirilən inauqurasiya mərasimində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edəcək. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, “Star” qəzetinin müxbiri Zeynep Turqut Ermənistanın xarici siyasət idarəsi rəhbərinin səfərinin məqsədini açıqlayıb.

Onun fikrincə, Nalbandyanın inauqurasiya mərasimində iştirakı Ərdoğanın aprelin 24-dəki müraciətinə cavab olacaq. Jurnalist onu da yazıb ki, Ankaraya gələn Nalbandyan Ermənistan prezidenti Serj Sərkisyanın məktubunu da çatdıracaq.

Nalbandyanın Türkiyənin keçmiş xarici işlər naziri, baş nazir vəzifəsinə namizəd Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulmayıb. Digər məlumata görə, təbrik məktubu çatdıran Nalbandyan Ərdoğana 2015-ci il aprelin 24-də Ermənistana gəlməsi üçün dəvətnamə də verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar