Jirinovski Ukraynanı böldü - "Yeganə yolu budur"

Mən çoxdan deyirəm ki, Rusiyada da güclü debatlar keçirilməlidir. Debatlar, diqqət çəkmək üçün, uyğun zamanda keçirilməlidir. Bizdə isə elə alınır ki, Rusiyadan daha çox Ukraynadakı debatlara yer ayrılır.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bunu Ukraynada prezidentliyə namizədlər arasında keçirilən debata münasibət bildirən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Debatların keçirilməsi üçün stadionun seçilməsinə gəldikdə isə bu, sadəcə, görüntü xatirinə edilib. Studiyada debatlar daha düzgün keçirilə bilər, proqramı və öz komandanı təqdim edə bilərsən”, - Jirinovski qeyd edib.

Jirinovskinin fikrincə, Zelenskinin yüksək reytinqinə baxmayaraq, güc strukturlarının dəstəyi sayəsində Poroşenko qalib gəlmək üçün bütün imkanlara sahibdir.

“Ukraynanın bölünməsi – hazırkı böhranı həll etmək üçün yeganə yoldur. Poroşenko bunu daha tez reallaşdıracaq”, - partiya sədri qeyd edib.

635x100

Şərhlər

Bashirov Qarib 2019-04-20 21:04:04

Bu adamın heç duşuncə tərzində belə, demokratiyanın işartıları yoxdur. Guc strukturlarının köməyi ilə qalib gəlməkdən danışır. Bu adam əsl rus kimi duşunur.Ruslar tarix boyunca bir dəfə də olsun belə demokratiyanı dadmayıblar. Odur ki,ucsuz bucaqsız sərvətlərlə fəlakətin astanasındadırlar.

Mehdi 2019-04-20 21:04:04

Senin yasadiqin olke axirda ele böleceklerki duz 64 yere.Goreceksen ay jirinovsan ne zibilsen bilmirem.anormal eyyas.

Son yazılar