“Sərhədin müəyyən edilməsi məsələsini təxirə salmaq olmaz” - Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanla sərhəddə yerləşən David Qareci sərhədyanı zonaya baş çəkib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının mətbuat xidməti məlumat yayıb.

S.Zurabişvili sərhədçilərlə görüşüb. Görüşdən sonra o bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar