"Maydan" hadisələrinin yaşanacağı növbəti ölkənin adı açıqlandı - Hesabat

Beynəlxalq Jurnalistlər Araşdırması Mərkəzi Ermənistanla bağlı növbəti hesabat hazırlayb.

Avropa.info xəbər verir ki, hesabat Ermənistanın son zamanlar yürütdüyü siyasətə həsr olunub.

Qurumun bildirdiyinə görə, Ermənistanda son zamanlar baş verən hadisələr növbəti “Maydan”ın İrəvanda yaşanacağına dəlalət etməkdədir:

“ABŞ və Qərb Sarkisiyanın prezidentlik məsələsini dəstəkləmək məsələsində uzun müddət tərəddüd etdi, onlar seçim arasında qalaraq müxalifətə, yoxsa Sarkisiyana dəstək verib verməyəcəyini aydınlaşdıra bilməmişdilər. Qərb bir müddət elə zənn edirdi ki, Sarkisiyan Rusiyaya qarşı loyal münasibət göstərərək Avropa ilə münasibətləri normallaşdıracaq. Amma Qərb istədiyini Sarkisiyandan ala bilmədi, nəticədə ABŞ və qərbin planlarında dəyişiklik baş verdi. Qərb artıq açıq formada Ermənistanda dəyişikliklər baş verməsi üçün addımlar atmağa başlayıb.

Artıq ABŞ və Qərbin bir sıra qurumları Ermənistanda müxalifət və QHT-lərə ayırdıqları maliyəni dəfələrlə artırıb. Ermənistanda olan müxalifət partiyaları və QHT-lər son bir ildə Qərbdən aldıqları qrantın məbləği son on ildə aldıqları məbləğdən çoxdur. Jurnalist qurumunun hesabatında qeyd olunub ki, Ermənistan müxalifəti və QHT-ləri son dövrlər münasibətlərini daha da yaxınlaşdırıblar. Bu qurumlar hazırda insanları küçələrə çıxarmaq üçün müxtəlif plan və variantları müzakirə edir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar