Prezident dəhşətli qəzadan danışdı - "Ölənlərin hamısı..."

Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 29 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, səhər saatlarında Kordaysk rayonunda Almaatı-Daşkənd yolunun 181-ci kilometrində "Tayota Kəmri" (“Toyota Camry”) markalı minik avtomobili yol kənarında dayanan yük maşını ilə toqquşub. Bu zaman eyni marşrut üzrə hərəkət edən sərnişin avtobusu toqquşmadan qaçmağa çalışarkən açıb.

***

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev açıqlama verərək, qəzada ölənlərin Özbəkistan vətəndaşı olduğunu bildirib.

Ölənlərin yaxınlarına başsağlığı verən Tokayev hadisə ilə əlaqədar Özbəkistan Prezidenti Şövkət Mirziyayevə teleqram göndərdiyini açıqlayıb.

635x100

Şərhlər

Abdulqadir 2019-04-20 23:23:05

Önce yazdigim sherh yanlish getdi.Elinanin ölümünde günahlandirilan meqalesine yazmishdim.

Abdulqadir 2019-04-20 23:23:05

Köhne bir hind filmi vardi ,,Tamahkarliga qarshi hiyle,,.Müellimi öldürürler,sonra da xalqin qarshisina chixib özlerini cani yanan mesum,yardimsever birileri kimi gösterib pul yigirlar.

Son yazılar