Zabaykalyedəki yanğınlar yüzlərlə insanı evsiz qoyub - Bölgədə fovqəladə vəziyyət elan olunub

Rusiya KİV-nin yaydığı məlumatlara görə, çöl yanğınları Zabaykalye bölgəsini bürüyüb. Güclü külək səbəbilə, alov yaşayış məntəqələrinə keçib - bölgənin əmək və sosial müdafiə nairliyinin məlumatına görə, 400 nəfərdən artıq sakin zərər çəkib.

İdarənin mətbuat xidməti isə yanğınlardan zərər çəkənlərin siyahısının daim dəqiqləşdirildiyini bildirir. Bəzi rayonlardan hələ indi-indi inıormasiya daxil olur. Rabitənin olmaması, yaşayış məntəqələrinin eneri təminatındakı çatışmazlıqlar özünü açıq şəkildə büruzə verir.

Hazırda bölgədə xüsusi komisiya işləyir, yanğından zərər çəkmiş ailələrə baş çəkilir - onlar müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş məntəqələrə yerləşdirilir, bəziləri isə qoşumlarının evilərində yerləşirlər. Bölgdə psixoloqlar da əhali ilə işləyirlər.

Bu ərəfədə xəbər verilib ki, Zabaykalyedə yanğınlar nəticəsində 14 yaşayış məntəqəsi zərər çəkib - Srednearqunsk, Baley, Borzya, Unda, Xada-Bulak, Tısırxoy, Çindant, Çinaqatay, Şarakan, Ust-İmalka, Bırka, Qarda və Dılbıxrey.

109 ev, 58 həyət tikilisi yanıb, 152 ev zərər çəkib, 50 baş iri buynuzlu və 70 baş xırda buynuzlu heyvan həlak olub, 340 insan yaşayış yerini itirib.

Bölgdə fovqəladə vəziyyət elan olunub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar