Trampın reytinqi rekord həddə qədər aşağı düşüb - İmpicment istisna olunmur

ABŞ-n «Rusiya işi» üzrə xüsusi prokuroru Robert Müllerin hesabatının dərci prezident Donald Trampın reytinqini rekord həddə qədər aşağı salıb.

«Röyter» Agentliyinin və «İpsos» Tədqiqat Xidmətinin apardığı sorğunun nəticələrinə görə, Trampın dəstək səviyyəsi 3 faiz enib - 2019-cu ilin ən minimal göstəricisinə qədər.

Hazırda prezidentin fəaliyyətini əhalinin yaşlı qisminin 37 faizi bəyənir, aprelin 15-də isə bu göstərici 40 faiz təşkil edib.

Bu zaman rəyin soruşulanların yarısı əmindir ki, Tramp və onun komanda üzvləri 2016-cı il seçkilərini udmaq məqsədilə, Rusiya ilə gizli əlaqəyə girib.

Bəzi demokrat-siyasətçilər Müllerin hesabatının dərc olunmasından sonra, artıq Trampın impicmenti barədə bəyanatlarla çıxış edirlər. Onlardan ilk olanlrdan biri senator-demokrat və prezidentliyə namizəd Elizabet Uorrendir. Uorren seçki pozuntusunun ciddiliyinə barmaq tuşlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar