Aİ elektrik balıqçılığı birdəfəlik qadağan edən qanun qəbul edib

Avropa İttifaqı (Aİ) elektrik balıqçılığı birdəfəlik qadağan edən qanun qəbul edib.

"Report"un Fransa bürosu xəbər verir ki, sənəd 30 İyun 2021-ci il tarixindən qüvvəyə minəcək.

Elektrik balıqçılıq suyun dibinə atılan balıqtutan torun üzərinə elektrodların yerləşdirilməsi vasitəsilə həyata keçirilir. Bu balıqçılıq növü nəzəri olaraq 1998-cu ildən qadağan olunub. Lakin 2007-ci ildən etibarən Aİ bu məsələdə istisnalar tətbiq edə bilmələri üçün üzv dövlətlərə sərbəstlik verib. 2017-ci ildə isə "Bloom" Assosiasiyasının Niderlanda qarşı irəli sürdüyü şikayətdən sonra, elektrik balıqçılığın böyük sosial-iqtisadi ayrı-seçkiliyə səbəb olduğu müəyyən edilib. Belə ki, Niderlandın çoxlu sayda elektrik torları atılmaqla xeyli gəlir əldə edən böyük şirkətlərindən fərqli olaraq, ölkədəki xırda balıqçıların balıq qıtlığından əziyyət çəkdiyi məlum olub. Bu qıtlıq, həmçinin qonşu ölkələrdən Almaniya və Belçika sularında da özünü biruzə verib. Bu səbəbdən ümumi maraqlar əsas götürülərək üzv ölkələrin hamısında, istisnaların aradan götürülməsi haqqında qanuna yeni dəyişiklik edilib.

635x100

Şərhlər

t.ədalət 2019-04-21 00:36:30

Ceyranbatan dəryaçasında "Azərsu" rəhbərliyinin "elektrik balıqçılığına" son qoyulsa pis olmaz.Son on ildə bura vətəgəyə çevrilib..

Son yazılar