Emin və Mehman Hüseynov qardaşlarının anasından nə soruşulub? - FOTO

Xəbər verdiyimiz kimi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun anası Firəngiz Hüseynova ötən gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib.

Dindirmə prosesinin təfərrüatını öyrənmək üçün Emin Hüseynovun vəkili Fariz Namazlı ilə əlaqə saxladıq.

O, musavat.com-a bildirib ki, bu haqda onda ətraflı məlumat yoxdur: “İstintaq idarəsində dindirilənlərin hər birindən bu haqda danışmamaq haqqında iltizam alırlar. O səbəbdən də Firəngiz xanım özü də bu barədə danışmaq istəməyəcək”.

RATİ-nin hüquqşünası Günay İsmayılova bildirib ki, Firəngiz Hüseynova Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 2 saata yaxın müddətdə dindirilib. Ondan Emin və Mehman Hüseynov qardaşları barədə soruşulub.

Günay İsmayılova bildirib ki, Firəngiz Hüseynovanın vəziyyəti hazırda normaldır.

Qeyd edək ki, RATİ-nin mühasibi Tatyana Kryuçkina da ötən gün təkrar istintaqa çağırılıb. Onun iştirakı ilə mühasibatlıqla bağlı bəzi sənədlər yoxlanılıb.

Xatırladaq ki, avqustun 6-da RATİ rəhbəri Emin Hüseynovun xaricə çıxışına qadağa qoyulub.

Avqustun 8-də RATİ-nin ofisində axtarış aparılıb, kompüter və sənədlər götürülüb, ofisin qapıları möhürlənib. Hazırda RATİ fəaliyyəti dayandırılıb.

RATİ-nin direktoru Emin Hüseynov və qardaşı Mehman Hüseynovun harada olmaları haqqında isə heç bir məlumat yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar