Bakıda ana qızını evdə oğlanla tutdu, polis çağırdı... - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edən bir qadın mənzildə bağlı qapı arxasında qalan qızının onun çağırışlarına cavab vermədiyini bildirib. ONA-nın xəbərinə görə, dərhal əraziyə polis, təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

Hadisə yeri müayinə edilib, xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qapını açıblar. Mənzilə daxil olan ananı qızı N.Qurbanova oğlan dostu ilə qarşılayıb. Qız oğlan dostunu evə şam yeməyinə dəvət etdiyini bildirib.

Gənclərin hərəkətləri polis əməkdaşlarında müəyyən şübhələr yaratdığından onlar polis orqanına aparılıblar. Araşdırmalardan sonra fakta hüquqi qiymət veriləcək.

635x100

Şərhlər

Səfi 2019-04-21 17:30:32

Anlamadım bu qız "lahmacun" deyəndə nəyi nəzərdə tutur ki,....Bir nə lahmacun yemək üçün qapını sındırsalar da açmamaq lazımdır? Oglanda fərasətə bax. Bir lahmacun almaqla otel probleminini də restoran problemini də və sair problemi də həll edib.Görünür "Lahmacun" da lahmacun imiş dəəəəəəəəə .......

Son yazılar