Şri-Lankada törədilən partlayışlar nəticəsində 185 nəfər ölüb - VİDEO (Yenilənib)

Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 185 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə yerli "News First" xəbər xidməti məlumat yayıb. Məlumatda bildirilir:

Milli xəstəxana: 46 ölü, 259 yaralı var

Kalubovila xəstəxanası: 17 yaralı

Neqombo xəstəxanası: 74 ölü, 113 yaralı

Katana kilsəsi: 31 ölü

Raqama xəstəxanası: 7 ölü, 30 yaralı var

Battikaloa: 27 ölü, 80 yaralı

***

Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə yerli "News First" xəbər xidməti məlumat yayıb.

Bildirilir ki, Kolombo şəhərindəki otellərdə partlayışlar nəticəsində 40 nəfər ölüb, 295 nəfər yaralanıb. Neqombo şəhərindəki kilsədə törədilmiş partlayış nəticəsində 93 nəfər həyatını itirib. Battikaloa şəhərində isə kilsədəki partlayış zamanı 27 nəfər ölüb, daha 73-ü yaralanıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

***

Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı törədilən partlayışlar nəticəsində 42 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadla AFP məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.

Hadisələr zamanı daha 280 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar