Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub - 5 nəfər yaralanıb

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

Hadisə Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 nömrəli avtobusun iştirakı ilə baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar