Lənkəranda qadın ailə münaqişəsi zəminində intihara cəhd edib

Lənkəran rayonunun Ürgə kəndində intihara cəhd hadisəsi baş verib."Report"un Cənub Mərkəzinin məlumatına görə, 1978-ci il təvəllüdlü Zamanlı Xalidə Zeynal qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, vəziyyəti ağır olduğundan zəruri tibbi yardımlar göstərilməklə, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Yaxınlarının dediyinə görə, X.Zamanlı sirkə turşusunu ailə münaqişəsi zəminində içib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar