ZELENSKİ UKRAYNANIN YENİ PREZİDENTİDİR! – Əksəriyyətin səsini aldı

Dərc olunub: 22/04/2019 - 12:10

1555856192_1143779209_20190419214958619-krhf-656x438lavanguardia-web

Ukraynanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilmiş prezident seçkisində səslərin 95,73%-ni hesablayıb.

“Report” xəbər verir ki, hesablamanın yekununa əsasən, namizəd Vladimir Zelensky 73,15% (12973916 səs) ilə liderlik edir.

Onun rəqibi, hazırkı prezidenti Petro Poroşenko isə səslərin 24,52%-ni (4350011 səs) toplayıb.

Eyni zamanda, MSK-nın sədr müavini Yevgeni Radçenko Ukraynanın “1+1″ telekanalına nəticələrin aprelin 30-da açıqlanacağını bildirib.

Radçenko qeyd edib ki, elektron protokollar əsasında seçkilərin ilkin nəticələri iki-üç günə bəlli olacaq. Qanuna əsasən, MSK seçkinin rəsmi nəticələrini 2019-cu il mayın 1-dən gec olmayaraq açıqlamalıdır.

* * *

Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 79,6 faizinin hesablanmasından sonra seçkilərdə qalib olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyаsı (MSK) məlumat yayıb.

Bildirilir ki, Vladimir Zelenski 73,07 faiz səs toplayıb. Ukrayna seçicilərinin 10,8 milyonu onun lehinə səs veriblər.

Zelenskinin əsas rəqibi, ölkənin hazırkı prezidenti Petro Poroşenkoya isə 24,59 faiz seçici (3,6 milyon seçici) səs verib.

MSK-nın məlumatına görə, bülletenlərin 2,32 faizi etibarsız sayılıb.

***

Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Seçkilərdə keçirilmiş milli “exit poll”un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb. “Exit poll”un nəticələrinə görə, hazırkı prezident Petro Poroşenko seçicilərin 25,3 faizinin səsini toplayıb.

Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə birinci turun qalibləri – hazırkı prezident Petro Poroşenko və Vladimir Zelenski iştirak ediblər.








loading...


Fikrinizi bildirin