"Rusiya ümid etməsin ki, zor dili ilə danışa biləcək" - Olland

Rus qoşunlarının Ukrayna ərazisinə girməsi dözülməz və qəbulolunmazdır.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Fransua Olland Parisdə fransız diplomatları ilə görüşü zamanı deyib.

Ollandın sözlərinə görə, əgər qoşunların yeridilməsi davam etsə, Avropa Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları daha da gücləndirəcək.

“Mən hadisələrin belə inkişaf etməsini istəmirəm, çünki sanksiyalar nə bizim, nə də Rusiyanın maraqlarına cavab verir. Rusiya ümid etməsin ki, XXI əsrdə yenə də güc dili ilə danışa biləcək və qaydalara da hörmət etməyəcək”, - Olland bildirib.

Qeyd edək ki, Rus qoşunları 30 tank, zirehli texnika və 500 nəfərlik canlı qüvvə ilə Taqanroq istiqamətindən Ukrayna sərhədini keçərək, ölkənin içərilərinə doğru irəliləyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar