CHP liderinə hücum edən 6 nəfərliik qrupa cinayət işi açılıb

Bu gün Ankarada şəhid dəfnində CHP lideri Kamal Kılıçdaroğluna hücum edənlərdən 6 nəfərinin şəxsiyyəti müəyyənləşdirilib.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara prokurorluğu Kılıçdaroğluna hucumla bağlı “Terror və mütəşəkkil hücum” maddəsi ilə cinayət işi açıb: “İstintaq hücum edənlərdən 6 nəfərinin şəxsiyyətini müəyyənləşdirib”.

Bildirilib ki, onların hər biri həbs ediləcək.

Hadisənin baş verdiyi kəndin sakinləri isə hücum edənlərin bu kənddən deyil, kənardan gələnlərin olduğunu deyiblər: “Onlar bizim kənddən deyillər. Bu, təxribat idi. Bura bir şəhid evidir, şəhidə dua ediləcək, hörmət olunacaq. Yazıq deyilmi?“.

CHP-li Levent Gök isə deyib ki, Kılıçdaroğlu hücumla bağlı açıqlama verəcək.

Xatırladaq ki, hadisənin baş verdiyi ərazidən CHP lideri təhlükəsizlik qüvvələrinin köməyi ilə zirehli maşında çıxarılıb.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-04-21 19:19:01

Qardaş Türküyədə baş verən siyasi olaylar bizləri, xüsusən də Azərbaycanı əndişələndirməyə bilməz. Çünki, dünyada dəngələrin dəyişdiyi bir dönəmdə və bu dəngələrdən çıxış edib dünya düzənini yenidən şekillenmesine cəhd edən güclər, Türküyəni (xüsusən də müsəlman ölkəsi olduğuna görə) hər vasitə ilə Orta Doğu bataqlığında tələyə salmaq çabasındadırlar. Çünkü, Türküyənin bölgədə və xüsusəndə dünyada söz sahibi olması, Türk duşmanlarının marağına ziddir və bu nədən də günü-gündən böyüyən və bölgənin önəmli aktyoruna çevrilən Türküyə onları rahatsız etməkdədir. Ona görə də onlar Türküyəni həmişə xarici münaqişələrə cəlb etməklə yanaşı, içdən vurmaq üçün də daxili qarşıdurmaların yaratmaq qayəsindədirlər və bundan da vaz keçmək niyətləri yoxdur. Bütün bu səbəblərdən dolayı da son bələdiyyə seçgilərində, onların Türküyə uzantıları və onlara xidmət edən iç nökərlər yenə iş başında idi. Məhz Türküyə YSK-sı onların əlinə koz verməmək üçün, araşdırmalar başa çatmadan İmamoğlunun “mazbatasını” ona təqdim etmək məcburiyyətində qalmış oldu. Bu isə YSK –nın İstambul araşdırmasının durdurulması anlamına gəlmir. Odur ki də, İstambulda baş verənlərə bir də görünməyən tərəfdən baxmaq lazım. Birincisi İstambulda İmamoğlu yox, Türk demokratiyası qalib gəldi (hakikatanda gəlibsə o da eger) . İkincisi İmamoğlu bu seçgidə, görünmeyenleri demirem, aslında adı "Millət İttifaqı" olan görünən beş kişinin (partiyanın) dəstəyi ilə başkan olub. O elə də siyasi arenada çox da tanınan siyasətçi də deyil, adam da deyil. Olaki də bezi kardeşlarımızın dediyi kimi ki, hele bir "Fateh" ola. Üçüncüsü, qeyd etdiyimiz kimi, YSK -da araşdırma gedir, Mazbatanı almaq hələ şərt deyil. Ola bilsin elə anti milli və anti Türküyə bəlgələri ortaya çıxar ki, YSK Mazbatanı verdiyi kimi də geri alar. Dördüncüsü bəli iç politkada iqtidarın bazi yanlışları var, lakin bu heç də fəlakətli həddə deyil. Bundan istifadə edib, İmamoğluna səs verən STAMBUL Elitasə nə yazıq ki, proseslərə dışdan baxıb da oy vermədilər. Guya kəndilərinə görə qisas aldılar. Onlar nəzərə almalı idilər ki, Atatürkdən sonra Erdoğan tək liderdi ki, bütün dünya güclərinə kafa tutaraq dünyada Türküyənin baxımsızlığı mücadiləsini verir. CHP isə iqtidarda olsun deyə yenə də Türküyəni Türk duşmanlarının hodağına hçevirmək qayəsində. Nə yazıqki, hazırki CHP ATATÜRK ideallarından çoxdan vaz keçib. Bu isə çox üzücü. Beşincisi, lap deyək ki, hər şey yolunda olub. Sabah İmamoğlunu başkan yapan o görünən ve görünmeyen qüvvələr və xüsusən də Qərb uzantıları oz şartlərini diqtə etməyəcəklərmi. Onda nə olacaq. Ona görədə gəlin tələsməyək. Uca Türk millet dostu ile duşmanını artıq seçen millet. Türküye sevdalılarına və bütün Türk millətinə isə, YSK-nın kararını gözlemek düşür. Səbr qardaşlar. Onsuz da hər kəs əsil kimliyini ortaya qoyb.

Son yazılar