Əfqanıstanda nazirliyə hücum zamanı 10 nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabil şəhərində bir qrup silahlının İnformasiya və Texnologiyalar Nazirliyinə hücumu zamanı azı 10 nəfər həlak olub.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən "Ariana" telekanalı bildirib.

Telekanalın məlumatına görə, həlak olanlar arasında 7 dinc sakin də var. Onlardan 2-i qadındır.

Hücum zamanı habelə təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı da öldürülüb.

Daha əvvəl hücum zamanı 2 nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı bildirilirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar