"Şəhidlərin dəfn mərasiminə getməyimi istəmirlər" - Kılıçdaroğlu

“Mənə qarşı hücumların səbəbi ilk dəfə müxtəlif siyasi qüvvələri bir araya gətirməyimizdir”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Ankarada Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfn mərasimində hücuma və fiziki zorakılığa məruz qalan Xalq Cümhuriyyət Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bildirib.

Ankarada CHP-nin binası önündə toplaşan partiya üzvləri qarşısında çıxış edən Türkiyə müxalifətinin lideri baş verən olayı Türkiyənin birliyinə hücum kimi dəyərləndirib. Eyni zamanda hadisənin Çubuk rayon sakinləri ilə bir əlaqəsi olmadığını, ona hücum edənlərin kənardan gələn insanlar olduğunu söyləyib. K. Kılıçdaroğlu baş verən olay zamanı əslində şəhidə və onun ailəsinə hörmətsizlik edildiyini, şəhid üçün doğru-düzgün dua oxunmasına, namaz qılınmasına imkan verilmədiyini vurğulayıb: “Mənim şəhidlərin dəfn mərasiminə getməyimi istəmirlər. Ancaq mən şəhidlərin dəfn mərasiminə gedəcəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar