Ölkəsindən qaçmış erməni məmur Rusiyada tutuldu

Dərc olunub: 21/04/2019 - 23:48

89Rusiyada, daha dəqiq desək, Kareliyada Ermənistanın sorğusu əsasında həmin ölkədə baş məhkəmə icra məmuru kimi işləmiş və Ermənistan Xüsusi İstintaq Xidməti (XİX) tərəfindən axtarışa verilmiş Miqran Poqosyan saxlanılıb. Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu məlumatı Xidmətin mətbuat katibi Marina Ohancanyan təsdiqləyib. “Ekstradisiya məsələsi müzakirə mərhələsindədir”, – o əlavə edib.

Aprelin 18-də Poqosyanın Yerevandakı evində xüsusi xidmət orqanları tərəfindən axtarış aparılıb, əmlak müsadirə edilib.








loading...


Fikrinizi bildirin