Azərbaycanda yaşayan ukraynalıların çoxu Zelenskiyə səs verib

Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının prezident seçkilərinin ikinci turundakı səsverməsinin nəticələri məlum olub.

"Report" Ukrayna MSK-ya istinadən xəbər verir ki, bülletenlərin 100%-nin hesablanması nəticəsində seçicilərin 51,50%-i səsini Vladimir Zelenskiyə verib.

Ukraynanın Azərbaycandakı səfirliyində açılmış seçki məntəqəsində səsverməyə ümumilikdə 233 nəfər qatılıb.

Xatırladaq ki, seçkilərin ilk turunda Azərbaycanda yaşayan Ukrayna vətəndaşları hazırkı Ukrayna Prezidenti Petro Poroşenkoya daha çox səs vermişdi.

Qeyd edək ki, Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski seçki bülletenlərinin 79,66%-nin emalı nəticəsində səslərin 73,07%-ni toplayıb, hazırkı prezident Petro Poroşenko isə 24,59% səs qazanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar