Problemli kreditlərilə bağlı müraciətlərə hansı müddətdə baxılacaq?

Dərc olunub: 22/04/2019 - 10:20

8d94e9ed-c682-4c6b-974d-7d0b64634b8bMəlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasında Apellyasiya Komissiyası yaradılıb.

Palatadan verilən məlumata görə, fəaliyyətə başladığı dövrdən Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdadır. Bildirilir ki, daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır.

Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər.










loading...


Fikrinizi bildirin