Agentlik bu yolların təmirinə 32,2 milyon xərcləyəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax (12 km)-Xocasən qəsəbəsi, Hövsan qəsəbəsi ilə Zeytun sovxozunu birləşdirən, Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli, Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına, Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı, Hirkan-Mamusta-Siyavar, Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq, Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd, Ərçivan-Atupa-Səncərədi-Alaşa-Züngüləş, Zabrat-Maştağa yolu-"Savalan" yaşayış massivi avtomobil yolunun əsaslı təmiri işlərinin satın alınmasına dair eyni gündə 32 200 000 manat dəyərində 10 müqavilə imzalayıb.

Yuxarıdakı işlərin müqabilinəd müvafiq olaraq “Protean Construction” şirkətinə 2 800 000 manat, “Protean Construction” – 3 000 000 manat, “Orion-E” – 4 100 000 manat, “Muğan-KİİT” – 3 900 000manat, “Təmir-İnşaat” – 2 300 000 manat, “Lənkaran Yol Tikinti” – 2 900 000 manat, “ATF” – 2 900 000 manat, “ATF” – 3 800 000 manat, “Elnur-2” – 4 900 000 manat, “Yol İnşaatçısı” – 1 600 000 manat ödəniləcək.

Qeyd edək ki, agentlik bir gün sonra Məhəmməd Hadi küçəsinin "Həzi Aslanov" metro stansiyasından Zığ şossesinədək olan hissəsinin tikintisinin (layihələndirilmə, tikinti altına düşən maneələrin köçürülməsi işləri) satın alınmasına dair “AZ-İnşaat” MMC ilə 4 900 000 manat və Gülbala Əliyev küçəsinin (20-ci sahə) əsaslı təmirinun əsaslı təmiri işlərinin satın alınmasına dair “Yol İnşaatçısı” MMC ilə 2 450 000 manat dəyərində müqavilələr imzalayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar