Azərbaycanın çay idxalı ixracını 9 dəfə üstələyib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 2,005 mln. ABŞ dolları dəyərində 308,4 ton çay ixrac edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 331 min dollar (14,2%), həcm baxımından isə 45,6 ton (12,9%) azdır.

Eyni zamanda Azərbaycan 3 ay ərzində 9,986 mln. dollar dəyərində 2,7 min ton çay idxal edib. Bu isə illik müqayisədə məbləğ baxımından 1,871 mln. dollar (15,8%), həcm baxımından isə 366 ton (11,9%) azdır.

Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,04%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,32%-ni təşkil edib. İdxal ixracı 8,75 dəfə üstələyib.

Qeyd edək ki, Azərbaycanın 3 aylıq ticarət dövriyyəsinin 4 484,55 mln. dolları ixracın, 3 135,58 mln. dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 43,1%, idxal isə 33,7% artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar