Rusiya miqrantlar üçün xüsusi rejimin tətbiq edəcək

Sergey Sobyanin: “Moskva şəhəri və vilayətində miqrantlar üçün xüsusi rejimin tətbiqi mümkündür”

Moskva şəhər meri Sergey Sobyanin paytaxtda və Moskva vilayətində miqrantlara münasibətdə xüsusi rejimin tətbiq olunmasının mümkün olduğunu bildirib.

APA-nın xəbərinə görə, S. Sobyanin “Kommersant-Vlast” jurnalına müsahibəsində deyib ki, federal səviyyədə mövcud olan qaydalardan fərqli xüsusi rejimin tətbiqi nəzəri cəhətdən heç də pis olmazdı: “Lakin Moskvada 500-600 min, yaxınlıqdakı Moskva vilayətində isə 2 milyona yaxın miqrant yaşayır. Biz necə xüsusi rejim tətbiq edəcəyik? Moskva şəhəri və vilayəti üçün bu, mümkündür. Lakin bir daha deyirəm ki, biz həm ölkə daxilində, həm də MDB çərçivəsində vahid iqtisadi məkanda yaşayırıq. Ölkə daxilində hansısa sərhədlər çəkmək çox çətindir”.

S. Sobyanin viza rejiminin tətbiqini də prinsipcə mümkün sayır: “Lakin mən onu da anlayıram ki, bu cür tədbir MDB məkanında iqtisadi əlaqələri dağıdacaq. Bunlar beynəlxalq siyasət və iqtisadiyyatla bağlı olan mürəkkəb qərarlardır. Geosiyasi baxımdan bunun mənfi tərəfləri var. Lakin buna baxmayaraq, mən hesab edirəm ki, giriş-çıxışların daha sərt tənzimlənməsi istiqamətində irəliləmək lazımdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar