Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içdi- VİDEO

Bu gün Türkiyədə yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib. Bir-neçə dəqiqə bundan əvvəl Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içib. Bir müddət sonra isə Ankarada Çankaya köşkündə təhvil-təslimdən sonra rəsmən prezidentin səlahiyyətlərinin icrasına başlayacaq.

2003-cü ildən indiyədək baş nazir postunu tutan Rəcəb Tayyib Ərdoğan bu vaxtadək simvolik məna daşıyan prezidentin səlahiyyətlərini artıracağını bəyan ediB. Rəcəb Tayyib Ərdoğan avqustun 10-da keçirilən prezident seçkilərində 52% səslə qalib gəlmişdi.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar