Yanukoviç Zelenskiyə müraciət etdi – “Ukrayna xalqı radikallaşıb…”

Dərc olunub: 22/04/2019 - 14:23

1zxc“AzPolitika.info” xəbər verir ki, Ukraynanın sabiq prezidenti, yüzlərlə ukraynalının qətlinə səbəb olmuş Viktor Yanukoviç prezident seçkisinin qalibi olan Vladimir Zelenskiyə müraciət ünvanlayıb. Yanukoviç müraciətində Zelenskiyə bir neçə məsləhət verib.

Sabiq prezident əvvəlcə Zelenskini qələbə münasibətilə təbrik edib. Daha sonra yeni prezidenti Ukrayna xalqını birləşdirməyə çağırıb: “İndi sizin qarşınızda çətin məsələlər durur. Bunlar bizim ölkəyə sülh gətirmək, Ukrayna xalqını birləşdirmək və barışdırmaq, qanunları və ədaləti bərpa etməkdir”.

Yanukoviç müraciətində həmçinin qeyd edib ki, hazırda Ukrayna xalqı parçalanıb və radikallaşıb. Sabiq prezident bu vəziyyətin yaranmasına görə Pyotr Poroşenko və onun ətrafını günahlandırıb.

Lakin Vladimir Zelenski Yanukoviçin təbrikini qəbul etməyib. Zelenskinin qərərgahından bildiriblər ki, bütün seçki kampaniyası boyu onlara Rusiya təbliğat vasitələri və sabiq ukraynalı məmurlar tərəfindən dəstək mesajları gəlib, lakin onların bu dəstəyə ehtiyacları yoxdur: “Bu dəstəksiz və təbriklərsiz də keçinərik”.
Xatırladaq ki, ölkədən qaçan Viktor Yanukoviç Ukraynada ağır cinayətlərdə ittiham olunur və axtarışa verilib.










loading...


Fikrinizi bildirin