Poroşenko Türkiyəyə getmədi, Ukraynada vəziyyət gərginləşdi

Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyə səfərini təxirə salaraq Rusiya ordusunun ölkə ərazisinə daxil olması ilə bağlı təcili iclas çağırıb.

Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda prezidentin saytında məlumat verilib: “Mən qərara gəldim ki, Donetsk vilayətində vəziyyətin ciddi şəkildə gərginləşməsi səbəbindən Türkiyəyə səfərimi təxirə salım”.

Prezident xəbər verib ki, bu gün Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçiriləcək:

“Dünya Ukraynadakı situasiyasının qəflətən gərginləşməsinə qiymət verməlidir”. Ukrayna Avropa İttifaqının fövqəladə iclasının çağırılması üçün Avropadakı tərəfdaşlarına da müraciət edəcək.

Qeyd edək ki, Poroşenko bu gün Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etmək üçün Ankaraya getməli idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar