Ştrasser Azərbaycandakı həbsləri şərh edib

“İyul ayından Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin fəaliyyət sahəsinin növbəti və daha sistematik şəkildə daraldıldığını görürük”.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə keçmiş məruzəçisi, Almaniya ombudsmanı Kristofer Ştrasser Almaniyanın N-TV kanalına açıqlamasında belə deyib.

“Turan”ın məlumatına görə, ombudsman son vaxtlar Azərbaycanda hüquq müdafiəçiləri Leyla və Arif Yunusların, İntiqam Əliyevin və Rəsul Cəfərovun həbs olunduğunu xatırladıb: “Onlara qarşı irəli sürülən ittihamlar bizə şübhəli görünür”.

Azərbaycanın bu il Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başladığına toxunan Kristofer Ştrasser qeyd edib ki, Azərbaycan hökuməti öz sədrliyindən Azərbaycanda hüquqi dövlət, ifadə və toplaşma azadlığı ilə əlaqədar Avropa dəyərlərini gücləndirmək üçün istifadə etmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar