Beş əlcəzairli milyarder həbs olunub

Dərc olunub: 22/04/2019 - 15:37

c0dd2b28-f820-4608-a7e6-7d86f15dcffcƏlcəzairdə korrupsiya cinayətlərinin istintaqı çərçivəsində 5 milyarder həbs olunub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Əlcəzair dövlət televiziyasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, ölkənin ən varlı biznesmeni İssad Rebraba da həbs olunanlar arasındadır. “Forbes” onun sərvətini 3,8 milyard dollar olaraq qiymətləndirir.

Nəzarət altına alınan digər şəxslər isə ölkənin keçmiş Prezidenti Əbdüləziz Buteflikaya yaxın olan Kuninef ailəsindən olan dörd qardaşdır.










loading...


Fikrinizi bildirin