"TƏHSİL NAZİRLİYİNDƏN NƏSƏ GÖZLƏMƏMƏLİYİK" - Səməd Seyidov

"Kağız parçasının deyil, biliyin arxasınca getməliyik"

Uşaqları, yeniyetmələri, gəncləri evlərdə, ailələrdə normal tərbiyə etmək, onları diplomun dalınca yox, elmin, biliyin arxasınca məktəblərə, universitetlərə göndərmək, istiqamətləndirmək lazımdır. Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, psixologiya elmləri doktoru, professor Səməd Seyidov deyib.

O qeyd edib ki, təhsilə diqqət artırılmalıdır: “Təhsil sahəsində müasir standartlara cavab verən islahatlar həyata keçirməliyik. Bu istiqamətdə yalnız hansısa bir qurumdan, Təhsil Nazirliyindən, yaxud məmurlardan nəsə gözləməməliyik. Hər bir vətəndaş özü başa düşməlidir ki, bu cür məsuliyyətli bir iş onun da payına, öhdəsinə düşür.

Uşaqları, yeniyetmələri, gəncləri evlərdə, ailələrdə normal tərbiyə etmək, onları diplomun dalınca yox, elmin, biliyin arxasınca məktəblərə, universitetlərə göndərmək, istiqamətləndirmək, meyilləndirmək gərəkdir.

Həmin universitetlərdə də hansısa gözəçarpan nəticələrlə kifayətlənmək lazım deyil, onlarda güclü, əsaslı dəyişikliklərin həyata keçirilməsi və ən əsası yüksək səviyyəli mütəxəssislərin formalaşması, formalaşdırılması vacibdir.

O günədək ki, bizdə bilik və biliyi əks etdirən kağız - diplom eyni cür qiymətləndiriləcək və bəzi hallarda hətta diplom - kağız daha yüksək, daha üstün səviyyəni təşkil edəcək, o zamanadək hansısa bir yüksək səviyyədən, əsl elm, bilik və savaddan danışmaq çox çətin olacaq.

Ona görə çalışmalıyıq ki, kağız parçasının - diplomun, şəhadətnamənin, sertifikatın dalınca yox, biliyin, bacarığın və konkret iş qabiliyyətlərinin arxasınca növbələr düzülsün.

İnsanlarımız özləri könüllü, şüurlu şəkildə bunu arzulasın və bu istiqamətdə real mübarizə aparılsın”, - deyə S.Seyidov əlavə edib.

Şərhlər

Faiq 2019-04-22 19:11:40

Səməd bəy düz deyir.Təsadüfi kadrlardn nə gözləməliyik ki? Qardaşlar yüksək vəzifələrə necə yol tapır? Ya qohumluq,ya rüşvət! Ona görə onlardan nəsə gözləməliyik? İnsanlar niyə belə sadəlövh olub?

MÜƏLLİM 2019-04-22 19:11:40

BU AĞILLININ DA BAŞIBU QƏDƏR ÇALIŞIR.TƏHSİLİ O GÜNƏ SALIBLAR Kİ...PERESTİJ İXTİSASLARA VƏZİFƏLİLƏRİN UŞAQLARI,(İNANMIRSINIZ TƏLƏBƏLƏRİN TƏRKİBİNƏ BAXIN) TƏHSİLDƏ RÜŞVƏT.BİLİK DƏRƏCƏSİ ÇOX AŞAĞI,MÜƏLLİMLƏRİN SEÇİLİB İŞ GÖTÜRÜLMƏSİ (TANIŞLIQ, QOHUMLUQ, YERLİLİK,REGİONÇULUQ,RÜŞVƏT),SEESTR İMTAHANLARI -RÜŞVƏT. bİLİK DƏRƏCƏSİ-OLDUQCA AŞAĞI. SƏMƏD ƏKƏ,BƏS BUNLARN QAYDAYA SALINMASI İLƏ KİM MƏŞĞUL OLMALIDIR?L SORDULAR:AĞILLINIZ KİMDİR? CAVAB GƏLDİ? ÖNDƏ GEDƏN ZƏNCİRLİ! BU DA SİZİN DÜŞÜNCƏNİZİN QİYMƏTİ!

İşsiz 2019-04-22 19:11:40

Buğların kimi sən saçlarını da qırx. Onda Təhsil Nazirliyinin nə üçün yaradıldığını və niyə bu vəziyyətə düşdüyünü anlayarsan.

Azad insan 2019-04-22 19:11:40

Demək istəyir ki bu hökumətdən hec nə gözləməyin. Başınıza carə tapın

tağı 2019-04-22 19:11:40

Deputatdan bundan artıq nə açıqlama gözləmək olar ki, görmədik ki,bunlardan birisi normal fikir irəli sürsün..Onda Təhsil Naz-i ləğv edilsin büdcədən ayrılan milyonlarla vəsait müəllimlərə,direktorlara verilsin..

Vətəndaş 2019-04-22 19:11:40

Necə yəni Təhsil Nazirliyindən, yaxud məmurlardan nəsə gözləməməliyik? onda hər bir vətəndaşın büdcəyə ödənişindən bu qədər vəsait Təhsil Nazirliyinə və məmura niyə verilir? Elədirsə, təhsil Nazirliyi ləğv olunsun. Sənə üzbə-üz elə tutarlı cavab verərdim ki, həyacandan ......

Mirzə AĞ 2019-04-22 19:11:40

həəəə, deməli, baytarlıq idarəsindən ummalıyıq...

Son yazılar