Azərbaycanda 9 hakim barəsində araşdırma aparılır

Dərc olunub: 22/04/2019 - 16:50

585cbdae6f38bd1Azərbaycanda ümumilikdə 9 hakim barəsində araşdırma aparılır.

ONA-nın əldə etdiyi xəbərə görə, onların barəsində iş materialları hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl hakimlər barədə intizam icraatlarına baxılaraq, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilib.

Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudov işdən çıxarılıb, Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov həbs edilib.








loading...


Fikrinizi bildirin