Ərdoğan CHP liderinə hücumla bağlı ilk dəfə danışdı

Dərc olunub: 22/04/2019 - 17:12

erdogan-kilicdarogluPrezident Ərdoğan dünən Ankarada şəhid dəfnində CHP liderinə edilən hücumla bağlı ilk dəfə danışıb.

Strateq.az xəbər verir ki, o, “Twitter” hesabında baş verənlərin arzulanmayan hadisə olduğunu deyib: “İstənməyən bir olay meydana gəlib və Kılıçdaroğluna etiraz şiddətə dönüşmüşdür. Hadisə ətraflı araşdırılmaqdadır.

Şiddəti əsla xoş görə bilmərik. Şiddətin və terrorun hər cürünə qarşıyıq. Kimsəyə Türkiyənin sabitliyinə zərər verməyə imkan yaratmarıq”.








loading...


Fikrinizi bildirin