“Standard Insurance” -nin rəhbərliyində hansı dəyişikliklər olub? - Açıqlama

Dərc olunub: 24/04/2019 - 17:00

b2f1063a-f2e9-4033-a6b3-cb3b1f77a4be“Standard Insurance” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının (DŞ) sədrinin dəyişməsi ilə bağlı məlumata aydınlıq gətirilib. 

Şirkətdən “AzPolitika.info”ya verilən məlumata görə, indiyə qədər bu vəzifəni icra edən Rəhman Əliağa oğlu Babayevi Nicat Məhərrəm oğlu Məmmədov əvəz edib.

Məlumatda DŞ-nın üzvləri olan Oruc Heydər oğlu Heydərovun  və Emin Heydər oğlu Babayevin isə işdən çıxarılmadığı,  vəzifələrində qaldığı bildirilir.

“Standard Insurance”in İdarə Heyətində və Təftiş Komissisında müvəqqəti təmsil olunduğy və işdən çıxarıldğı bildirilən Rövşən Şakir oğlu Bayramovun isə “Standard İnsurance” SŞ-də İnzibati İdarəetmə departamentinin direktoru vəzifəsində çalışdığı vurgulanır.

Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% “AB Standard”a məxsusdur.










loading...


Fikrinizi bildirin