Mehdiabad qəsəbəsində silahlı şəxs saxlanılıb

Dərc olunub: 22/04/2019 - 21:08

281394_res_01Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində odlu silah gəzdirən şübhəli şəxs saxlanılıb.

Rayon polis idarəsindən bildiriblər ki, həmin şəxs Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mirzəyev Məhəmməd Cavanşir oğludur.

Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən yük yerindən “Kalaşnikov” markalı avtomat və 30 patron aşkarlanaraq götürülüb. M.Mirzəyev ilkin ifadəsində silahı zibil atarkən kanalın yaxınlığında tapdığını bildirib.

O, əvvəllər yeddi dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (AzərTAc)








loading...


Fikrinizi bildirin