Rejissor Sarık Andreasyan Ermənistan prezidenti olmaq istəyir

Dərc olunub: 22/04/2019 - 21:12

281442_res_01Şoumen Vladimir Zelenskinin Ukrayna dövlət başçısı seçilməsindən ilhamlanan erməni mənşəli Rusiya rejissoru Sarık Andreasyan, “kiçik, lakin çox qürurlu” Ermənistanın prezidenti olmaq istəyir.

Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, Andreasyan bu barədə yeni seçilmiş Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə çəkdirdiyi və Instagram-da paylaşdığı şəklinin altında yazıb.

“Səkkiz il əvvəl mən və Ukrayna Prezidenti yaradıcılıqla məşğul olurduq! Və fikrimcə, hətta çox uğurlu! Vladimiri təbrik edirəm! Bütövlükdə, mən onun necə prezident olacağını bilmirəm, amma bir insan kimi çox gözəl insandır! Kino-biznesin belə qələbəsini görəndən, on il sonra kiçik, lakin çox qürurlu bir ölkənin başçısı olmağı düşünürəm! Qarət etməyəcəm, yalnız sevmək, qurmaq və yaratmaq! ” – Andreasyan yazıb.

Rejissorun abunəçiləri onun bu arzusunu dəstəkləyib və elə indi Ermənistana dəvət ediblər, ancaq Andreasyan cavab verib ki, buna yalnız on il sonra hazır olacaq.








loading...


Fikrinizi bildirin