“Google” İran televiziyalarının hesablarını bağlayıb

Dərc olunub: 22/04/2019 - 22:08

 

googl“Google” şirkəti İranın ingilisdilli “Press TV” və ispandilli “Hispan TV” televiziya kanallarının elektron versiyalarına girişi qadağan edib.

AZƏRTAC xəbər verir ki, istifadə qaydalarının pozulmasınını bəhanə edən şirkət İran televiziyalarının “You Tube” şəbəkəsinə video yerləşdirmək imkanını da məhdudlaşdırıb.

İranın Xarici İşlər Nazirliyindən bildirilib ki, dünyaya söz və mətbuat azadlığından dərs verən ABŞ-ın bu hərəkəti onu deməyə əsas verir ki, rəsmi Vaşinqton üçün söz azadlığı dövlətlərin daxili işinə müdaxilə etmək üçün bir bəhanədir. ABŞ həqiqətlərin üzə çıxmasından və törətdiyi münaqişələr nəticəsində insanların həlak olmasın haqqında insanların fikrinin cəmiyətə yayılmasından qorxur. Ona görə də, İran televiziyalarının beynəlxalq səviyyədə söz demək imkanını məhdudlaşdırır.








loading...


Fikrinizi bildirin