45 MİN IMZA TOPLANDI

Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatdı

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatıb. Bu barədə Modern.az saytına Cəmil Həsənlinin Seçki Qərargahının AXCP-dən olan rəhbəri Həsən Kərimov məlumat verib.

Onun sözlərinə görə, imzalar qərargahda yoxlanıldıqdan sonra MSK-ya təqdim ediləcək.

“İmzatoplama kampaniyası artıq yekunlaşıb. Yığılan bütün imzalar Bakıya gətirilir. 45 min imza toplanıb. Biz ekspert qrupu yaratmışıq. Onlar imzaları yoxlayandan sonra hardasa ayın 7-də MSK-ya təqdim olunacaq. Ən azı 44 mindən çox imzanı MSK-ya təqdim edəcəyik”-deyə H.Kərimli bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar