Dünyanın ən yaxşı smartfonlarının reytinqi açıqlandı

“Business Insider” portalı dünyanın ən yaxşı smartfonlarının reytinq cədvəlini tərtib edib.

Reytinqdə ilk yeri “OnePlus 6T” smartfonu tutub. Portalın məlumatına görə, yaxın vaxtlarda yeni qurğunun anonsu gözlənilir.

Qurğuda rəqiblərinin təklif etdiyi naqilsiz enerji qidalanması, yüksək sukeçirməzlik səviyyəsi, çox genişbucaqlı kamera modulu kimi bir çox funksiya mövcud deyil. Bununla belə, “OnePlus 6T” smartfonunun əsas üstünlüyü gözəl xarici görünüşü, foto və video çəkilişi, tez enerji toplaması və akkumulyatorun ömrünün uzun olmasıdır.

Reytinqdə ilk beşliyə, həmçinin “Samsung Galaxy S10e”, “iPhone XR”, “Samsung Galaxy S10 Plus” və “Galaxy S10” smartfonları, ilk onluğa isə “Google Pixel 3” və “3 XL”, “Samsung Galaxy Note 9”, “iPhone XS” və “XS Max”, “Samsung Galaxy S9 Plus” və “iPhone X” smartfonları daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar