Şirvanda yol qəzası baş verib, ölən var

Şirvan şəhərində 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Çılpaqlı qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yol qəzası nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar