Rusiya Ermənistandakı aviabazasını "Su-30SM" qırıcıları ilə təchiz edəcək

Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasında mövcud olan "MiQ-29" təyyarələrini "4++"cu nəsil "Su-30SM" tipli çoxməqsədli qırıcılar ilə əvəz edəcək. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya hərbi idarəsindəki mənbəyə istinadən TASS məlumat yayıb.

Məlumata görə, aviabazanın "Su-30SM" qırıcıları ilə təchiz edilməsinə artıq gələn ildən başlanacaq. Təyyarələrin tədarükü 2020-2021-ci illərdə olmaqla, iki mərhələdə həyata keçiriləcək.

Bildirilir ki, aviabazada olan "MiQ-29"ların hamısının "Su-30SM" qırıcıları ilə əvəzlənməsi planlaşdırılır.

635x100

Şərhlər

t.ədalət 2019-04-23 08:14:17

Bütün bu silahlar "qardaş" dediyi Türkiyə əleyhinə hazırlanır.Türkiyəyə satdığı silahlar da etibarda bizimkilərə bənzəyəcək.Rusiyadan alınan silahlar haqqında fikirləşəndə,silah barədə yaddaşlarda yaşayan məşhur bir deyimi xatırlamalı olursan: "--Onu mən düzəltmişəm,məni öldürməz."

Son yazılar