“Növbəti prezident seçkilərində yenidən bu küçədə toplaşacağıq” - Poroşenko 

Ukraynanın hazırkı prezidenti Petro Poroşenko növbəti prezident seçkilərində yenidən dövlətin başına keçmək istədiyini bildirib.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə o, prezident administrasiyasının binası qarşısında tərəfdarlarının iştirakı ilə keçirilən mitinqdə deyib.

“Mən siyasətdən getmirəm. Biz yaxın gələcəkdə ümumi qələbəmizi təmin etmək üçün bir araya gələcəyik. Birlikdə biz parlament seçkilərində qələbə qazanmağa gedəcəyik, növbəti prezident seçkilərində yenidən bu küçədə toplaşacağıq”, - deyə Poroşenko bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar