Özbəkistan, Türkiyə və Pakistan birgə hərbi təlim keçir

Aprelin 22-də Özbəkistanın Cizak əyalətindəki «Foriş» poliqonunda Özbəkistan, Türkiyə və Pakistanın birgə «Dostluq birliyi qalxanı-2019» kod adlı hərbi təlimləri başlanıb. Bu barədə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

Bu ərəfədə «Foriş» dağ poliqonunda Türkiyə və Pakistan hərbi nümayəndə heyətinin rəhbərlərinin görüşü keçirilib. Nümayəndə heyətləri xüsusi taktiki təlimlərdə iştirak etmək üçün buraya gəliblər. Təlimlər Özbəkistan, Türkiyə və Pakistan arasında 2019-cu il üçün nəzərdə tutulmuş plana uyğun olaraq keçir.

Xəbər verildiyi kimi, 2017-ci ilin oktyabrında həmin poliqonda Özbəkistan-Rusiya birgə hərbi təlimləri keçirilib. 2018-ci ilin iyulunda Qazaxıstanla, sentyabrında isə Fransa ilə birgə hərbi təlimlər baş tutub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar